
"Sabah" komandasını İngiltərədə "Mançester Yunayted"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda 300-ə yaxın azarkeş dəstəkləyəcək.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
Qeyd edək ki, "Mançester Yunayted" - "Sabah" görüşü sentyabrın 10-da, Bakı vaxtı ilə saat 23:00-da "Old Trafford"da start götürəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.