
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Akademik Rus Dram Teatrında baş tutan mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Vida mərasimindən sonra Xalq artisti II Fəxri Xiyabanda dəfn ediləcək.
*** 10:45
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski II Fəxri Xiyabanda dəfn ediləcək.
Bu barədə BAKU.WS-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mərhum sənətkarla vida mərasimi sentyabrın 9-u saat 14:30-da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək.
*** 09:47
Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovski vəfat edib.
BAKU.WS xəbər verir ki, rejissorun vəfatı ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyeva başsağlığı verib.
"Aleksandr Yakovleviç Şarovski. Məkanın cənnət olsun, böyük Ustad!" - Mehriban Əliyeva sosial şəbəkə hesabında yazıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.