
İtaliyanın "Parma" klubunun futbolçusu Ceyden Ostervolde karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
"AVESTA.AZ" xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün sosial şəbəkə hesablarında paylaşım edib.
O bildirib ki, 21 yaşlı niderlandlı müdafiəçi İstanbul təmsilçisi ilə anlaşıb. Klublar artıq keçid üçün son detalları müzakirə edirlər.
Qeyd edək ki, Ceyden Ostervolde 2022-ci ilin yayından "Parma"da çıxış edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.