
Dünya bazarında Azərbaycan neftinin qiymətində növbəti artım qeydə alınıb.
AVESTA.AZ xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 6,22 dollar və ya 5,49 faiz bahalaşaraq 119,54 dollara yüksəlib.
Neft bazarındakı mənbənin verdiyi məlumata görə, artım son nəticələr üzrə aparılan hərraclarda qeydə alınıb.
Bu arada "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti də yüksək səviyyədə qalıb. Hərracların yekununa əsasən, "Brent"in bir bareli 120,31 dollardan satılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.