
Qazaxıstanın "Avroviziya-2027" mahnı müsabiqəsində iştirakı ilə bağlı müraciəti qəbul edilməyib.
AVESTA.AZ xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) Qazaxıstanın "Xabar" agentliyinə tam üzvlük verməkdən imtina edib. Bu status ölkəyə müsabiqədə tamhüquqlu üzvlər kimi iştirak etmək imkanı verə bilərdi.
EBU-nun məlumatına görə, Qazaxıstan təşkilata tam üzvlük üçün müəyyən edilmiş meyarlara cavab vermir. Ölkə Avropa Yayım Zonasına daxil deyil, Avropa Şurasının üzvü və ya müşahidəçi statusuna malik deyil.
Nəzəri olaraq Qazaxıstan xüsusi dəvətlə müsabiqəyə qatıla bilər. Lakin EBU hazırda assosiativ üzvlərin və digər üzv olmayan yayımçıların dəvət edilməsi ilə bağlı planın olmadığını bildirib.
Qeyd edək ki, Qazaxıstan 2018-2022-ci illərdə beş dəfə Uşaq "Avroviziya"sında iştirak edib və 2019, 2020-ci illərdə ikinci yerə çıxıb. "Avroviziya-2027" mayın 11, 13 və 15-də Bolqarıstanın Burqas şəhərində keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.