
Konqo Demokratik Respublikasının şərqində baş verən yanğın nəticəsində 29 şagird həyatını itirib.
AVESTA.AZ xəbər verir ki, Bukavu şəhərində bir evdə başlayan yanğın yaxınlıqdakı Ujamaa və Furaha ibtidai məktəblərinə keçib.
Hadisə zamanı 25 şagird yaralanıb. Onlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.
Taxtadan tikilən iki məktəb tamamilə yanıb, ətrafdakı 300-dən çox ev isə yararsız vəziyyətə düşüb. Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.