
ABŞ-də 11 sentyabr 2001-ci il terror aktları ilə bağlı mühüm şahidin uzun illər sonra tapıldığı bildirilir. Söhbət terrorçularla əlaqəli şəxslərə ev verən Holli Ratçforddan gedir.
BAKU.WS xəbər verir ki, Ratçford 2000-ci ildə Səudiyyə Ərəbistanı vətəndaşı Ömər əl-Bəyumiyə ev kirayələyib. Daha sonra o, terror aktlarında iştirak edən Nəvaf əl-Həzmi və Xalid əl-Mihdarı Ratçfordun yaşadığı binada yerləşdirməyə kömək edib.
11 sentyabrdan sonra FTB əl-Bəyumini və onun terrorçularla əlaqəsini araşdırıb. Hadisədən sarsılan Ratçford işini ataraq şəhəri tərk edib və illərlə insanlardan uzaq yaşayıb.
BBC jurnalisti uzun axtarışlardan sonra onu taparaq danışdırıb. Ratçfordun sözləri 11 sentyabr hücumları ilə Səudiyyə Ərəbistanı arasındakı mümkün əlaqələrə dair müzakirələri yenidən gündəmə gətirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.