11-09-2026, 22:48 263

Hikmət Hacıyev: Azərbaycan-Meksika münasibətləri dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır

Azərbaycan-Meksika münasibətləri dostluq, tərəfdaşlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır.

AVESTA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.

H.Hacıyev bildirib ki, hazırda Azərbaycan ilə Meksika arasında dostluq, tərəfdaşlıq, qarşılıqlı anlaşma və hörmətə əsaslanan münasibətlər mövcuddur.

Onun sözlərinə görə, bu əlaqələrin mühüm tarixi təməli 1978-ci ildə Meksika prezidentinin Bakıya səfəri və 1982-ci ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin SSRİ rəhbərliyində olduğu dövrdə Meksikaya səfəri ilə qoyulub.

H.Hacıyev qeyd edib ki, həmin tarixi təmaslar sonrakı dövrdə Azərbaycan-Meksika dostluğunun inkişafında mühüm rol oynayıb.

O vurğulayıb ki, məhz bu tarixi irsdən çıxış edərək, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Meksika onun müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer alıb. Hazırda isə həm Bakıda, həm də Mexikoda iki ölkənin səfirlikləri tam gücü ilə fəaliyyət göstərir və qarşılıqlı dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm iş aparırlar:

"Azərbaycan ilə Meksika arasında bu gün çox yaxın və sıx siyasi əlaqələr, eləcə də davamlı siyasi dialoq mövcuddur. Ölkələr arasında mütəmadi olaraq siyasi məsləhətləşmələr keçirilir və qarşılıqlı fikir mübadiləsi aparılır. Beynəlxalq münasibətlərin gündəliyində duran fundamental məsələlərin əksəriyyəti ilə bağlı Azərbaycan və Meksikanın mövqeləri üst-üstə düşür".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan ilə Meksika dostluq və tərəfdaşlıq prinsiplərinə, beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmətə əsaslanan dövlətlərarası münasibətlərin inkişafını, həmçinin beynəlxalq münasibətlərdə haqqın və ədalətin təmin olunmasını dəstəkləyirlər.

O, Azərbaycan ərazilərinin işğal altında olduğu dövrdə Meksikanın nümayiş etdirdiyi davamlı və qətiyyətli mövqeyi xüsusi qeyd edərək bildirib ki, Meksikanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi rəsmi Bakı tərəfindən yüksək qiymətləndirilib və Azərbaycan xalqı bu mövqeyi daim dəyərləndirib.

H.Hacıyev vurğulayıb ki, məhz qarşılıqlı hörmət, beynəlxalq hüquqa sadiqlik, ərazi bütövlüyü və suverenliyə dəstək kimi prinsiplər Azərbaycan ilə Meksika arasında dostluq münasibətlərinin möhkəm təməlini təşkil edir.

Paylaş

Xəbər lenti

Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48 Migel Anxel Moratinos: "Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır" Bu gün, 12:48 Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir Bu gün, 12:48 Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər? Bu gün, 11:48 Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi Bu gün, 11:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü Bu gün, 11:48 Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq Bu gün, 11:48 İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA Bu gün, 11:48 Bu ərazidə yeni məktəb tikiləcək - 5,5 milyon manat ayrılır Bu gün, 11:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48 İlham Əliyev: Korrupsiya dövlət təsisatlarına ictimai etimadı sarsıdan, iqtisadi inkişafa xələl gətirən cinayətdir Bu gün, 10:48 Prezident: İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb Bu gün, 10:48 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı Bu gün, 09:48 Bolsonaronun oğlu ailəsi ilə birlikdə ABŞ-yə qaçdı Bu gün, 09:48 Bəzi rayonlarda işıq olmayacaq Bu gün, 09:48 Dünyanın ən yaraşıqlı kişisi seçildi Bu gün, 09:48 "Neftçi" FIBA Avropa Kubokunun müntəzəm mövsümündə dördüncü oyununa çıxacaq Bu gün, 09:48 Xırdalanda maşının təkəri lükə düşdü Bu gün, 09:48 Xalq artistinin oğlu Çində Ali təhsil alır Bu gün, 09:48 "Qarabağ" klubu bu futbolçu ilə yollarını ayırıb Bu gün, 08:48 Bakıda 4 rayonda işıq olmayacaq - KÜÇƏLƏRİN ADLARI Bu gün, 08:48 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi? Bu gün, 08:48 Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU Bu gün, 08:48 Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər Bu gün, 08:48 Bakıda selin dağıtdığı körpünün yerində yenisi İNŞA EDİLDİ Bu gün, 08:48 Dünyanın sonu nə zaman gələcək? 2012-ci ilin sirri, dini inanclar və elmin verdiyi cavab Bu gün, 00:48 Ermənistanın Bərdədə törətdiyi terrordan 6 il ötür Bu gün, 00:48 Tərtərin bombalanmasından 6 il ötür Bu gün, 00:48 Həsrət Cəfərov dünya çempionatında medalsız qaldı Dünən, 23:48 Azərbaycanlıların yaşadığı Qıvraq kəndi: tarixdən silinən izlər və susan yaddaş Dünən, 23:48 Sankt-Peterburqdakı sabiq baş konsulun cinayət işi: Sultan Qasımov 191 minlik dələduzluqda ittiham edilir Dünən, 23:48 Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı Dünən, 23:48 TRIPP sülh sazişindən öncə işə düşəcək? Dünən, 23:48 Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq Dünən, 23:48 Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir Dünən, 22:48 AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq Dünən, 22:48 Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb Dünən, 22:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR