
Zabrat qəsəbəsində kanalizasiya problemi qəbiristanlıqda xoşgəlməz mənzərə yaradıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakin bildirib ki, yaxınlıqda kanalizasiya sisteminin olmaması nəticəsində çirkab sular qəbiristanlığın ərazisinə axıb:
"Atam, anam və övladımın qəbrini su basıb. Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsəm də, indiyədək nəticə olmayıb", - deyə şikayətçi bildirib.
Qeyd edək ki, əraziyə yayılan çirkab sular piyadaların hərəkətinə də maneə yaradır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.