
Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Suriyaya səfərinin planlaşdırıldığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Fidan bu barədə Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə Dəməşqdə keçirdiyi görüşdən sonra danışıb.
Nazirin sözlərinə görə, Ərdoğan uzun müddətdir Suriyaya səfər etmək niyyətindədir və hazırda səfərin reallaşması üçün müvafiq şəraitin yaradılması istiqamətində iş aparılır.
Fidan bildirib ki, Dəməşqdəki görüşlər zamanı Ərdoğanın səfərinə hazırlıqla məşğul olan yüksək səviyyəli qrupun görəcəyi işlərlə tanış olub. O, öz səfərinin də bu baxımdan əhəmiyyətli olduğunu vurğulayıb.
Türkiyənin xarici işlər naziri Ərdoğanın Suriyaya səfərinin dəqiq tarixini açıqlamayıb.
Qeyd edək ki, Ərdoğan avqustun ortalarında Suriyaya yaxın vaxtlarda səfər etmək niyyətində olduğunu bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.