
Yüksək Liqanın lideri “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.
Avesta Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, klub Dmitri Bondarevlə anlaşıb. Rusiyalı qapıçı yeni komandasında mövsümün sonuna qədər iştirak edəcək. Uzun illərdi ki, Azərbaycan çempionu olan "Araz"ın yeni qolkiperi Rusiyanın Yüksək Liqasının təmsilçisi “Spartak-Donetsk”də oynayıb.
Rostov təmsilçisi çempionatda çıxışı dayandırdığına görə, klubun bütün oyunçularına azad agent statusu verilib. Qapıçı “Baku Fire”lə oyunda debüt edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.