
Məşhur müğənni Ferhat Göçerin 20 yaşlı oğlu Londonda universiteti fərqlənmə diplomu ilə bitirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkə hesabında bildirib.
"Oğlum Can London Universitet Kollecini İqtisadiyyat üzrə birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib. Bir ata üçün qürurverici bir gündür... Nə qədər sevindiyimi ifadə edə bilmirəm. Xoş arzularına və təbriklərinə görə bütün dostlarıma təşəkkür edirəm..." - deyə Ferhat Göçer qeyd edib.
Xatırladaq ki, 20 yaşlı Can Göçer dünyanın nüfuzlu təhsil müəssisələrindən biri "London Universitet Kolleci"ni (UCL) "Birinci Dərəcəli Fərqlənmə" diplomu ilə bitirib.
Universitetdə "İqtisadiyyat və siyasət" ixtisası üzrə təhsil alan Can akademik karyerasını "London İmperial Kolleci"ndə iqtisadiyyat üzrə magistr dərəcəsi alaraq davam etdirəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.