
İspaniyanın "Barselona" klubunun futbolçusu Lamin Yamal şəxsi rekordunu təkrarlayıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, 19 yaşlı vinger buna La Liqanın VI turunda "Rasinq"lə oyunda fərqlənməklə nail olub.
7:2 hesabı ilə qalib gəldikləri matçda sonuncu qolun müəllifi olan Yamal ardıcıl 5 görüşdə rəqib qapılarına yol tapır. Bu, onun karyerasında ardıcıl 5 görüşdə qol vurduğu ikinci belə haldır.
Xatırladaq ki, İspaniya millisinin üzvü "Rasinq"lə qarşılaşmadan əvvəl "Rayo Valyekano" (dubl), "Valensiya" (dubl), "Feyenoord" və "Levante" (dubl) ilə qarşılaşmalarda fərqlənmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.