
Alyaska sahillərində 6,3 bal gücündə zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanlar Nikolski yaşayış məntəqəsindən təxminən 167 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 83 kilometr dərinlikdə yerləşib.
İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və ya xəsarət alan olmayıb. Dağıntılar barədə də məlumat daxil olmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.