
Paris-2024 Olimpiya Oyunlarında çıxışı ilə dünya şöhrəti qazanan türkiyəli atıcı Yusuf Dikeç karyerasında yeni addım atıb.
AVESTA.AZ Türkiyə KİV-ə istinadən xəbər verir ki, o yerli silah istehsalçısı Derya Arms şirkətində məsləhətçi kimi fəaliyyətə başlayıb.
25 ildən çox təcrübəyə malik Dikeç yeni nəsil yarışma və müdafiə silahlarının hazırlanmasına töhfə verəcək.
Əməkdaşlıq çərçivəsində yerli anti-dron tüfəngi layihəsinin də həyata keçirildiyi bildirilib. Dikeç həmçinin türk istehsalı avadanlıqların beynəlxalq yarışlarda istifadəsinin və yerli idmançıların bu avadanlıqlarla uğur qazanmasının vacibliyini vurğulayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.