
Rusiya və Ukrayna Belarus ərazisində mülki şəxsləri mübadilə edib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Radanın insan hüquqları üzrə müvəkkili Dmitri Lubinets məlumat verib.
Qeyd olunub ki, Ukrayna ümumilikdə 15 nəfəri, Rusiya isə üç nəfəri geri qaytarıb.
"Daha 15 ukraynalını Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindən geri qaytarmaq mümkün olub. Onların arasında sərbəst şəkildə qayıda bilməyən yaşlı və ağır xəstə insanlar var. Geri qayıdanlardan ən yaşlısının 96 yaşı var", - Lubinets bildirib.
Mübadilə Ukrayna-Belarus sərhədindəki "Novaya Quta" sərhəd məntəqəsində baş tutub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.