
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah ABŞ-yə səfər edəcək.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində iştirak edəcək.
Daha əvvəl ABŞ-nin Ankaradakı səfiri Tom Barrak Türkiyə lideri ilə ABŞ Prezidenti Donald Tramp arasında Nyu-Yorkda görüş keçiriləcəyini açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.