
Yəməndə fəaliyyət göstərən "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada doğru ballistik raket buraxıb.
BAKU.WS "Geo News"a istinadən xəbər verir ki, raket hücumu fonunda Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında yanğın qeydə alınıb. Hadisənin hava limanının ərazisində yerləşən yanacaq çənlərindən birində baş verdiyi bildirilir.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun qarşısı alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə hava limanı istiqamətində yüksələn qara tüstü görünür.
???????????????? Houthis struck King Khalid International Airport in Saudi Capital Riyadh today, with footage showing large black smoke plumes rising from the area.
— Egypt's Intel Observer (@EGYOSINT) September 19, 2026
NASA VIIRS/NOAA satellite imagery also captured dark smoke near the airport today. pic.twitter.com/wBlGR2xGKr
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın sözçüsü Türki əl-Maliki isə "X" hesabında bildirib ki, şənbə günü səhər saatlarında husilər tərəfindən Ər-Riyad istiqamətində buraxılan ballistik raket havada zərərsizləşdirilib.
Bu hadisə husilərin Ər-Riyad istiqamətində həyata keçirdiyi ilk raket hücumu kimi təqdim olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.