
Məşhur futbolçu Mauro İkardinin sürücülük hüququ müvəqqəti məhdudlaşdırılıb.
AVESTA.AZ xəbər verir ki, Argentina Nəqliyyat Nazirliyi onun sükan arxasında çəkilən görüntülərinin yayılmasından sonra onun sürücülük vəsiqəsi məlumatlarını yoxlayıb.
Yoxlama zamanı futbolçunun vəsiqəsinin müddətinin bitdiyi məlum olub.
Məlumata görə, İkardin cəza sistemində 2099-cu ilə qədər nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırıldığı qeyd edilib.
Lakin Nazirlik bu qadağanın daimi olmadığını vurğulayıb.
Sənədlərə yazılan 2099-cu il tarixi şərti xarakter daşıyır və futbolçu sürücülük vəsiqəsini yenilədikdən sonra tətbiq edilən məhdudiyyətə yenidən baxılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.