
Rusiya Avropanın Ukraynanı yeni kollektiv təhlükəsizlik sisteminə daxil etmək planlarını nəzərə aldığını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov "RİA Novosti"yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Avropa liderləri belə bir sistemin yaradılmasını əsaslandırmaq üçün "Rusiya təhlükəsi"ndən istifadə edirlər. Maslennikov hesab edir ki, Ukraynanın bu sistemə daxil edilməsi təşəbbüsün Rusiyaya qarşı yönəldiyini göstərir.
Diplomat bildirib ki, Moskva bu planları qərb istiqamətində gələcək xarici siyasət kursunun hazırlanması zamanı nəzərə alacaq.
Qeyd edək ki, Avropa ölkələrinin Ukraynanın təhlükəsizlik arxitekturasına daha geniş şəkildə cəlb edilməsi ilə bağlı müzakirələri davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.