Bu gün, 15:48 66

Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ

Bakıda söküntü işləri zamanı mənzillərə görə kompensasiya məbləğinin müəyyənləşdirilməsi bir neçə üsulla həyata keçirilir.

AVESTA.AZ-in məlumatına görə, bu məbləğ bəzi hallarda Nazirlər Kabineti yanında müvafiq komissiyanın qərarı ilə, bəzi hallarda investorla sakin arasında qarşılıqlı razılaşma əsasında, digər hallarda isə satınalma proseduru nəticəsində müəyyən olunur.

Müvafiq komissiya tərəfindən müəyyən edilən məbləğlər əsasən konkret söküntü layihələri üzrə tətbiq olunur.

Digər üsul isə investorla bina sakinləri arasında birbaşa razılaşmanın əldə olunmasıdır. Bu halda qiymət müxtəlif amillər nəzərə alınmaqla müəyyənləşdirilir və tərəflərin qarşılıqlı razılığı əsas götürülür. Üçüncü variantda isə satınalma proseduru həyata keçirilir. Bunun üçün müvafiq satınalma elan edilir və müsabiqədə qalib gələn qiymətləndirmə şirkəti ərazidəki daşınmaz əmlakın dəyərini müəyyənləşdirir.

Mövcud qiymətləndirmələrə əsasən, Bakı rayonları üzrə kompensasiya məbləğləri ərazidən asılı olaraq ciddi şəkildə dəyişir.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc AVESTA.AZ- bildirib ki, Binəqədi rayonunda ilkin qiymətləndirmələrə əsasən, kompensasiya məbləğləri təxminən 1 300 manatdan 2 500 manatadək dəyişir:

"Lakin bu rəqəmlər rayonun bütün ərazilərinə şamil edilmir. Bir sıra ərazilərdə qiymətləndirmə hələ aparılmadığından həmin yerlər üzrə yekun məbləğ barədə danışmaq mümkün deyil.

Digər rayonlar üzrə kompensasiya məbləği təxminən bu qiymətlər aralaığında dəyişir: Yasamal rayonu 2 300 - 2 700 manat, Nərimanov rayonu 2 300 - 3 000 manat, Səbail rayonu 1 500 - 2 500 manat..

Xətai rayonunda ilkin hesablamalara görə, məbləğlərin təxminən 1 500-2 500 manat və daha yüksək aralıqda müəyyənləşdirilməsi mümkündür. Ərazisinin böyük olması səbəbindən Sabunçu rayonunda qiymətlər müxtəlifdir. İlkin qiymətləndirmələrdə təxminən 1 300-1 500 manat aralığı qeyd olunur. Bununla yanaşı, rayonun daha mərkəzi və əlverişli ərazilərində kompensasiya məbləğinin 1 800-2 000 manata qədər yüksəlməsi mümkündür.

Suraxanı rayonunda isə ilkin qiymətləndirmələrə əsasən, kompensasiya məbləğlərinin təxminən 1 100-1 800 manat aralığında formalaşacağı ehtimal edilir. Pirallahı rayonunda bu məbləğin təxminən 1 000-1 350 manat arasında olduğu bildirilir.

Nəsimi rayonu üzrə isə qiymətləndirmələrin tam yekunlaşmadığı ərazilər var. Buna görə də burada bütün rayon üçün vahid kompensasiya məbləği müəyyənləşdirmək mümkün deyil. Lakin ümumi olaraq qiymətlər 2 000-3 000 manat arasında dəyşir".

AQC sədrinin sözlərinə görə, diqqət yetirilməli əsas məqam ondan ibarətdir ki, sadalanan rəqəmlər dövlət tərəfindən bütün sakinlərə veriləcək vahid kompensasiya məbləği kimi qəbul edilməməlidir:

"Bunlar qiymətləndirici şirkətlərin müxtəlif ərazilər üzrə apardığı və ya gözlənilən qiymətləndirmələr əsasında formalaşan təxmini göstəricilərdir.

Konkret məbləğ hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparıldıqdan sonra müəyyən edilir. Bu zaman ərazinin yerləşməsi, daşınmaz əmlakın xüsusiyyətləri, həmin ərazidə formalaşmış orta bazar qiymətləri və digər amillər nəzərə alınır".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ Bu gün, 15:48 "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI Bu gün, 15:48 Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq? Bu gün, 15:48 MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır Bu gün, 15:48 Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb Bu gün, 15:48 ".az" domeninə güclü kiberhücumlar olub - 22 sayt çöküb Bu gün, 15:48 Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb Bu gün, 15:48 Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq Bu gün, 14:48 Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir" Bu gün, 14:48 "Qeyrətin çatırsa, vur" deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı Bu gün, 14:48 Avropanın Ukraynanı yeni təhlükəsizlik sisteminə daxil etmək planlarını nəzərə alırıq - Rusiya Bu gün, 14:48 Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? Bu gün, 14:48 FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib Bu gün, 14:48 Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib Bu gün, 14:48 "MyShops"dan "Nothing" smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! Bu gün, 14:48 Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA Bu gün, 14:48 Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü Bu gün, 13:48 Tahir Kərimli: "Deputatlıq fəaliyyətim bitəndən sonra zənglərin, axtaranların sayı azalıb" Bu gün, 13:48 "Qısa müddətdə insanlara keçir" - Tanınmış professor təhlükəli virusları açıqladı Bu gün, 13:48 Aydın Mirzəzadə: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi" Bu gün, 13:48 Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər Bu gün, 13:48 Şəhid övladının uğuru: Oruc İbrahimov "Eynşteyn vizası" alıb Bu gün, 13:48 "Həkimlər sümüyümü sındırdılar, onların səhlənkarlığının qurbanı oldum" Bu gün, 13:48 Azərbaycanda nüfuz alverində təqsirləndirilən zabit azadlığa buraxıldı Bu gün, 12:49 Karlos Prates: İslam Maxaçevlə döyüşüm UFC tərəfindən təsdiqlənib Bu gün, 12:49 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi Bu gün, 12:49 Bir vəkil kollegiyadan çıxarılıb, iki nəfərə töhmət verilib Bu gün, 12:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb Bu gün, 12:48 Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək Bu gün, 12:48 İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 12:48 Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? Bu gün, 12:48 Zaur Mikayılovun vətəndaşlarla görüş tarixi dəyişdirilib Bu gün, 12:48 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ Bu gün, 11:48 "2026 Formula-1"ə görə sürücülərə VACİB MÜRACİƏT Bu gün, 11:48 Xəstəxanaya yerləşdirilən Rəşad Səfərov: "Ürəyimdə ciddi problemlər var" Bu gün, 11:48 Kolleclərin boş qalan plan yerlərinə QƏBUL BAŞLADI Bu gün, 11:48 Xankəndi stadionunda təmir işlərinin ayın sonunadək başa çatdırılması planlaşdırılır Bu gün, 11:48 AMB: İzafi likvidlik 6,3 milyard manata çatıb Bu gün, 11:48 Kaşif Kozinoğlunun ölümü ilə bağlı yeni detallar açıqlandı Bu gün, 11:48 İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib Bu gün, 11:48 İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib Bu gün, 11:48 Estoniya səfiri Azərbaycanın Ukraynaya humanitar yardım etməsini yüksək qiymətləndirib Bu gün, 11:48 İlham Əliyev məhkum edilmiş bir sıra şəxsləri əfv edib Bu gün, 11:48 Martin Ryan əfv edilib Bu gün, 11:48 Paşinyan: "Tramp Marşrutu" Şərq ilə Qərb arasında beynəlxalq logistikanı dəyişdirəcək Bu gün, 10:48 Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir Bu gün, 10:48 Azərbaycanda 8 ayda istilik və isti su xidmətlərinin ümumi dəyəri açıqlanıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR