Bu gün, 17:48 66

Azərbaycanda ilk LEGO Certified Store

Azərbaycandakı LEGO® sevənlər üçün yeni bir məkan açılır.

Belə ki, "LEGO Group" və "TORGROUP Global" 3 oktyabrda ölkənin ilk LEGO Certified Store-unun Bakıdakı açılışına hazırlaşır.

İnteraktiv fəaliyyətlər və LEGO ilə oynamaq imkanları təqdim edən mağazada müxtəlif mövzular və yaş qrupları üçün geniş məhsul seçimi olacaq.

İstər hədiyyə, istər ən yeni LEGO seti axtaran, istərsə də LEGO sevən birini sevindirməyi düşünən müştərilərə mağaza mütəxəssisləri (Brick Specialists) kömək edəcək.

"LEGO Group" və "TORGROUP Global" 3 oktyabrda Azərbaycanda ilk LEGO Certified Store-u "PASHA Malls"un tərkibindəki "Gənclik Mall"da açacaq.

Ölkənin ilk rəsmi LEGO mağazası uşaqlar, ailələr və bütün LEGO sevənlər üçün xəyal gücünü, yaradıcılığı və əyləncəni bir araya gətirən yeni bir məkan yaradır.

Başqa sözlə, LEGO həyəcanını Azərbaycana gətirərək həm yerli sakinlərə, həm də şəhərin qonaqlarına orijinal satış təcrübəsi təqdim edir.

Yeni mağaza yaradıcılığı və əyləncəli oyunları ön plana çıxaran interaktiv bir mühit vəd edir. Burada ziyarətçiləri müxtəlif aktivliklər, mütəxəssislərin dəstəyi və geniş çeşiddə orijinal məhsullar gözləyir.

Əsl LEGO təcrübəsi

Yeni mağaza ziyarətçilərin birlikdə kəşf edib oynayacağı interaktiv satış məkanı kimi hazırlanıb. Mağazada qonaqları nələr gözləyir:

· müxtəlif yaş qrupları üçün fərqli mövzularda geniş və orijinal məhsul seçimi, o cümlədən yalnız rəsmi LEGO mağazalarında təqdim olunan məhsullar və xüsusi təkliflər;

· "Pick a Brick", "Build a Minifigure", LEGO pasportu və bir çox interaktiv fəaliyyətlər;

· müştərilərin özünü minifiqur kimi görə biləcəyi xüsusi minifiqur skaneri;

· LEGO Certified Store mağazalarına özəl kampaniyalar və hədiyyə imkanları;

· müştərilərə axtardığı LEGO setlərini və məhsulları tapmaqda kömək edən mütəxəssislər (Brick Specialists);

· Azərbaycan və Bakıdan ilhamlanan LEGO modelləri və instalyasiyalar.

Müştərilərə özəl unikal LEGO təcrübəsi

Mağazanın diqqətçəkən özəlliklərindən biri də Minifiqur Skaneridir. Belə ki, qonaqlar skanerin qarşısında dayanaraq özlərini LEGO minifiquru formasında görə biləcəklər. Bu interaktiv funksiya mağazanı sadəcə alış-veriş etmək yox, həmçinin fərdi və əyləncəli təcrübə yaşamaq üçün özəl bir məkana çevirir.

Yeni mağazada Azərbaycanın mədəniyyətindən və lokal simvollarından ilhamlanan xüsusi elementlər də yer alır. Burada valideynlər və uşaqlar birlikdə yarada, öyrənə, oynaya və LEGO parçalarının təqdim etdiyi saysız imkanları kəşf edə bilərlər.

"LEGO Group"un Türkiyə, Mərkəzi Asiya və Qafqaz regionları üzrə baş meneceri Esteban Davalos:

"Azərbaycanda ilk LEGO Certified Store-un açılması brend təcrübəsinin ölkədə, xüsusilə, Bakıda genişlənməsi baxımından mühüm addımdır. Tərəfdaşımızla birlikdə uşaqların, ailələrin və hər yaşdan LEGO sevənlərin bir araya gəlib qura, yarada və oynaya biləcəyi bir məkan yaratmaqdan məmnunuq. LEGO ilə oynamağın sonsuz imkanları vasitəsilə təsəvvürü və yaradıcılığı dəstəkləməyi və Bakının bir hissəsinə çevrilməyi səbirsizliklə gözləyirik".

"TORGROUP"un təsisçisi və sədri Eran Tor:

"Azərbaycanda ilk rəsmi LEGO Certified Store-un açılışı bizim üçün xüsusi bir mərhələdir və "TORGROUP Global"ın beynəlxalq inkişafında mühüm rol oynayır. "LEGO Group" və "PASHA Malls" ilə birlikdə əsl LEGO təcrübəsini Bakıya gətirməkdən qürur duyuruq. Məqsədimiz sadəcə mağaza açmaq yox, həmçinin Azərbaycandakı LEGO sevənlər üçün uşaqların, ailələrin və həvəskarların bir araya gəlib kəşf etdiyi və xatirələr topladığı bir məkan yaratmaqdır. Qazaxıstandakı fəaliyyətimizin ardınca Bakı LEGO brendinin regiondakı uzunmüddətli mövcudluğunu qurmaq yolunda növbəti vacib addımdır. Əsas məqsədimiz isə dəyişməz olaraq qalır: insanlarda təbəssüm yaratmaq".

Təntənəli açılış

Bu xüsusi anı birlikdə qeyd etmək üçün bütün LEGO sevənlər 3 oktyabrdakı tədbirə dəvət olunur. Açılış günü qonaqları gözləyir:

· VIP dəvətlilər və media nümayəndələri üçün xüsusi açılış;

· rəsmi açılış mərasimi;

· interaktiv fəaliyyətlər və oyunlar;

· əyləncə proqramı;

· açılış gününə özəl sürprizlər və məhdud sayda hədiyyələr;

· mağazanın ilk qonaqları üçün digər xüsusi sürprizlər.

Mağazanın açılışı ilə bağlı "PASHA Malls" nümayəndəsi bildirir ki:

"Azərbaycanda ilk rəsmi LEGO Certified Store-u "Gənclik Mall"da qarşıladığımız üçün çox məmnunuq. LEGO ailə üzvlərini yaradıcılıq ətrafında bir araya gətirən və buna görə də ən sevilən brendlərdən biridir. Bu təntənəli açılışın məhz "Gənclik Mall"da baş tutmasından qürur duyur və inanırıq ki, mağaza Bakıda ailələr, uşaqlar və LEGO sevən hər kəs üçün əsas ünvana çevriləcək".

Əsas məlumatlar - redaktor üçün qeydlər

Tədbir: Azərbaycanda ilk rəsmi LEGO Certified Store-un açılışı

Açılış tarixi: 3 oktyabr 2026 (şənbə günü)

Ünvan: Gənclik Mall (PASHA Malls), Bakı, Azərbaycan

Operator: TORGROUP Global (rəsmi LEGO Certified Store tərəfdaşı)

Mağaza konsepti: Rəsmi LEGO Certified Store

Mağazanın əsas xüsusiyyətləri:

· Pick a Brick

· Build a Minifigure

· LEGO pasportu

· Eksklüziv LEGO məhsulları

· İnteraktiv oyun təcrübələri

· Mağaza mütəxəssisləri (Brick Specialists)

· Azərbaycan və Bakıdan ilhamlanan LEGO modelləri və yerli dizayn elementləri

Əlaqə ünvanları

TORGROUP Global

Elektron poçt: alexandrina.v.kz@tor-global.com

Telefon: +7 702 880 8813

"LEGO Group" haqqında

"LEGO Group"un missiyası oyunların gücü vasitəsilə həvəskarları ilhamlandırmaq və dəstəkləməkdir. LEGO parçaları üzərində qurulan LEGO System in Play uşaqlara və LEGO sevənlərə xəyal etdikləri hər şeyi yaratmaq imkanı verir.

"LEGO Group" 1932-ci ildə Danimarkanın Billund şəhərində Ole Kirk Kristiansen tərəfindən təsis olunub. Şirkətin adı dan dilində "yaxşı oyna" mənasını verən "LEg GOdt" ifadəsindən yaranıb. Baş ofisi Billundda yerləşən "LEGO Group" bu gün də ailə şirkəti olaraq fəaliyyətini davam etdirir və məhsulları 120-dən çox ölkədə satılır. Ətraflı məlumat üçün: www.lego.com

"TORGROUP Global" haqqında

"TORGROUP Global" müxtəlif bazarlarda yüksəksəviyyəli pərakəndə satış təcrübəsi və uzunmüddətli LEGO icmaları yaratmağa fokuslanan beynəlxalq LEGO Certified Store tərəfdaşıdır. Şirkətin əsas fəlsəfəsi "Making People Smile (İnsanlarda təbəssüm yaratmaq)" prinsipinə əsaslanır.

Yerli bazar üzrə ekspertizanı, eləcə də premium satış və immersiv brend təcrübələrini bir araya gətirən "TORGROUP Global" ailələrin və LEGO sevənlərin birlikdə oynaya, kəşf edə və yaddaqalan xatirələr yarada biləcəyi məkanlar yaradır.

Paylaş

Xəbər lenti

"2020-ci il müharibəsinə aparan yol "yeni müharibə – yeni ərazilər" şüarından keçirdi" - RƏY Bu gün, 18:48 Bakının bu ərazisində yaşayanlar köçürüləcəklər - 35 MİLYON MANAT AYRILDI Bu gün, 18:48 Yuyulması üçün şirkətə verilən xalça yoxa çıxdı Bu gün, 18:48 Bakıda sakinləri SEVİNDİRƏCƏK XƏBƏR - Yeni layihə hazırlanır Bu gün, 18:48 Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib Bu gün, 18:48 Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir Bu gün, 18:48 Gələn il üçün Həcc ziyarətinin ilkin qiyməti 6100 dollar müəyyən edilib Bu gün, 17:48 "Nar" inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib Bu gün, 17:48 Xəzər rayonunda mənzildən 33 min manat oğurlanıb Bu gün, 17:48 Alimlər uzunömürlülüyün əsas sirrini açıqladı: Kifayət qədər yuxu Bu gün, 17:48 Azərbaycanda ilk LEGO Certified Store "TORGROUP Global" tərəfdaşlığı ilə açılır Bu gün, 17:48 BMT-nin sınaq həftəsi: Qlobal böhranlara çarə tapılacaqmı? Bu gün, 17:48 3 maskalı şəxs Olimpiya çempionunun "Porsche"sini oğurladı Bu gün, 17:48 Qayınatasının evində yaşayan kişi arvadını çəliklə döydü Bu gün, 16:48 "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilib Bu gün, 16:48 "Şəfa" komandasının Premyer Liqadakı fasilə zamanı planı bəlli olub Bu gün, 16:48 Yeniyetməlikdə bu xəta qocalmanı SÜRƏTLƏNDİRİR: Alimlərdən ŞOK NƏTİCƏ Bu gün, 16:48 "Sumqayıt" Elşad Şirzadovu heyətinə qatıb Bu gün, 16:48 Makron çağırış etdi: Uşaqları qorumaq üçün süni intellekt modelləri yoxlanılmalıdır Bu gün, 16:48 "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib Bu gün, 16:48 "AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib Bu gün, 16:48 Əhali qorxu içində: "Üstümə cumdu, məni yerlə sürüdü" Bu gün, 16:48 Bryus Uillisin səhhəti pisləşir: ailəsi aktyorun vəziyyəti barədə danışdı Bu gün, 16:48 Yer kürəsinin iki nəhəng buz örtüyü 47 ildə 12 trilyon tondan çox buz itirib Bu gün, 16:48 Qarabağda yeni iş yerləri - Maaşlar 2100 manata çatır Bu gün, 16:48 İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib Bu gün, 16:48 Bakıda söküntü zamanı təklif edilən kompensasiya - RAYONLAR ÜZRƏ MƏBLƏĞ Bu gün, 15:48 "Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2026"ya bunları gətirmək qadağandır! - SİYAHI Bu gün, 15:48 Çayxana binasında yerləşən məktəbin taleyi necə olacaq? Bu gün, 15:48 MİDA qeyri-yaşayış obyektlərini hərrac vasitəsilə satışa çıxarır Bu gün, 15:48 Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı Əfv Sərəncamı ilə azadlığa buraxılıb Bu gün, 15:48 ".az" domeninə güclü kiberhücumlar olub - 22 sayt çöküb Bu gün, 15:48 Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb Bu gün, 15:48 Ceyran Rəhimova illər sonra efirə qayıdır - Bu kanalda çalışacaq Bu gün, 14:48 Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir" Bu gün, 14:48 "Qeyrətin çatırsa, vur" deyən arvadını bıçaqlayan kişi azadlığa buraxıldı Bu gün, 14:48 Avropanın Ukraynanı yeni təhlükəsizlik sisteminə daxil etmək planlarını nəzərə alırıq - Rusiya Bu gün, 14:48 Taksi sürücülüyü yalnız avtomobil idarə etmək deyil: sürücülərə hansı dəstək göstərilir? Bu gün, 14:48 FBI sistemlərinə sızma iddiası: Minlərlə əməkdaşın məlumatları ələ keçirilib Bu gün, 14:48 Kəmaləddin Heydərovun Cəlilabaddakı vətəndaş qəbulunun vaxtı dəyişib Bu gün, 14:48 "MyShops"dan "Nothing" smartfonu al, Azercell-dən 6 ay ərzində 6GB internet hədiyyə qazan! Bu gün, 14:48 Bəzi bölgələrə yağış yağacaq - XƏBƏRDARLIQ Bu gün, 14:48 Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb - TƏBİB-dən AÇIQLAMA Bu gün, 14:48 Avtomobildə başlayan yanğın YPX əməkdaşlarının çevikliyi sayəsində söndürüldü Bu gün, 13:48 Tahir Kərimli: "Deputatlıq fəaliyyətim bitəndən sonra zənglərin, axtaranların sayı azalıb" Bu gün, 13:48 "Qısa müddətdə insanlara keçir" - Tanınmış professor təhlükəli virusları açıqladı Bu gün, 13:48 Aydın Mirzəzadə: "Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi" Bu gün, 13:48 Polşada ABŞ hərbi bazasına "Fort Tramp" adı verilə bilər Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR