
Ukrayna limanların bağlanması səbəbindən təxminən 4,5 milyard dollar gəlir itirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.
Qeyd edilib ki, Ukraynanın Böyük Odessa limanlarının boş dayanması səbəbindən itirdiyi valyuta gəliri artıq 4,5 milyard dollara çatıb.
Boş dayanma iki aydan çoxdur ki, davam edir.
Agentliyin digər məlumatına görə isə, kommersiya gəmiləri iyulun 22-də Odessa, İzmail və Yujne limanlarına girişi dayandırıb.
Nəticədə, Ukrayna kənd təsərrüfatı ixracının təxminən 70-80 faizini və polad ixracının təxminən 50 faizini itirib.
Gəmilərin hərəkəti ilə bağlı mövcud məlumatların Ukrayna Silahlı Qüvvələri üçün hərbi yüklərin tədarükünü əhatə etmədiyi aydınlaşdırılır.
Məlumat üçün bildirək ki, bundan əvvəl də Ukraynanın avqustda çuqun ixracını tamamilə dayandırdığı qeyd edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.