
Türkiyənin Şanlıurfa vilayətində baş verən 5,4 maqnitudalı zəlzələdən sonra Diyarbəkirdə bəzi yollarda çatlar əmələ gəlib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd olunub ki, Şanlıurfanın Karaköprü rayonunda 7,39 km dərinlikdə qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Yeraltı təkandan sonra Diyarbəkirdə bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.
Şanlıurfa valisi Hasan Şıldak hər hansısa bir insan təlafatının olmadığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.