
Son bir həftə ərzində Azərbaycanda keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri və Quba rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.
Araşdırma zamanı Bakı şəhəri Nəsimi rayonu Bülbül prospekti 65C ünvanında, Suraxanı rayonu Ramana qəsəbəsində və Quba rayonu Çiçi kəndinin inzibati ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 225 740 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.