
İranın sabiq xarici işlər naziri, hazırda deputat olan Mənuçöhr Möttəki ABŞ Prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışı zamanı kürəkəninin zalda iştirakı ilə bağlı yaranan qalmaqalı şərh edib.
BAKU.WS xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.
"Kürəkənimin vəzifəsi idi ki, Trampın çıxışı zamanı zalı tərk etməsin", - deyə o bildirib.
İran heyətinin digər üzvləri zalı tərk etdiyi halda, İranın Nyu-Yorkdakı nümayəndəliyinin əməkdaşı Nasir Əsədi İran heyətinin yerində oturub. Möttəki izah edib ki, Əsədi nümayəndəliyin mütəxəssisi kimi Trampın çıxışını qeydə almaq və ehtiyac yaranacağı təqdirdə cavab vermək üçün şərait yaratmaq məqsədilə zalda qalıb.
Əsədinin zalda qalması bir sıra şəxslərin tənqidinə səbəb olub. İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi isə onu müdafiə edərək BMT Baş Assambleyasındakı İran kürsüsünü "səngər" adlandırıb və bildirib ki, diplomatlar çıxışları izləmək üçün zalda iştirak etməlidirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.