Bu gün, 12:48 73

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında "Textile Horizon" MMC-nin "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev, "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və "Global Textile Group"un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basıblar.

Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən "Textile Horizon" MMC-nin təsisçiləri "Azərşəkər" MMC, "Global Textile" LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur. Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11.2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7.3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda "Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı olub.

Prezident İlham Əliyev və Türkiyənin "Demirören Holdinq"inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basıblar.

Qeyd edək ki, dövlətimizin başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan "Minkənd" Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3.2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11.8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.

Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə "Minkənd", "Qalaca-1", "Qalaca-2", "Malıbəy" və "Tərtər-1" kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur. Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12.9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44.1 milyon kVt/ saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Layihə ilə bağlı fəaliyyət göstərən "Green Karabakh Energy" MMC-də "Demirören Holdinq" və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.

Paylaş

Xəbər lenti

Emin Ağalarov: "Azərbaycan Las-Vegas, Dubay və Mayami kimi məşhur turizm və əyləncə məkanına çevrilə bilər" Bu gün, 12:48 SOCAR istismardan çıxarılmış quyuların konservasiyası üzrə layihə həyata keçirir Bu gün, 12:48 Laçında traktor minaya düşüb Bu gün, 12:48 Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb Bu gün, 12:48 Rusiyada dron hücumunda ölən azərbaycanlının cənazəsi ölkəyə gətirilib Bu gün, 12:48 Fuad Nağıyev: "Azərbaycan təkcə turistlər üçün deyil, investorlar üçün də cəlbedici ölkə olmalıdır" Bu gün, 12:48 "Minkənd" KSES-in açılışı olub, "Tekstil Klasteri" layihəsi üzrə müəssisənin təməli qoyulub Bu gün, 12:48 "Formula 2": Rafael Kamara Bakıda qalib olub Bu gün, 12:48 Azərbaycanda 3 milyon kvadratmetrdən çox tikinti sahəsi investisiyalar üçün hazırlanıb Bu gün, 12:48 AIIF 2026-da qeyri-maddi investisiyaların iqtisadi artımda rolu müzakirə olunub Bu gün, 12:48 Azərbaycan və Slovakiya qaz tədarükü ilə bağlı danışıqlar aparıb Bu gün, 12:48 Anar Əliyev: Azərbaycanda elektron sosial sistemlər 80-dək qurumun informasiya bazaları ilə inteqrasiya olunur Bu gün, 12:48 Azərbaycan neftinin qiyməti 123 dollara düşüb Bu gün, 11:48 Mbappe Fransa millisindən ayrıldı Bu gün, 11:48 Axtarışda olan 198 nəfər tutulub Bu gün, 11:48 Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində ikinci əsas yarış başlayıb Bu gün, 11:48 Azərbaycan və Rusiya Baş nazirlərinin müavinləri iqtisadi əlaqələri müzakirə edib Bu gün, 11:48 "Formula 2": Con Bennett Bakıdakı ikinci əsas yarışda mübarizəni erkən dayandırıb Bu gün, 11:48 II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda sənədlər mübadilə edilib Bu gün, 11:48 Komitə sədri: "Şəhərlərimizin əksəriyyətinin 20 illik inkişaf planı hazırdır" Bu gün, 11:48 Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti əməkdaşlarının peşə bayramı qeyd olunur Bu gün, 10:49 Prezident: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür Bu gün, 10:49 Prezident İlham Əliyev İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edib Bu gün, 10:48 Prezident: "Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır" Bu gün, 10:48 İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir" Bu gün, 10:48 "Global Infrastructure Partners"in təsisçisi: "Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" Bu gün, 10:48 Narkotiki şaftalı adı ilə gömrükdən keçirmək istəyənlər İFŞA OLUNDULAR Bu gün, 10:48 "Fənərbağça"ya FIFA-dan 3 dövrlük transfer qadağası Bu gün, 10:48 Azərbaycan Prezidenti: "ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" Bu gün, 10:48 Trilyonluq büdcəsi olan şirkətlər Azərbaycandadır Bu gün, 10:48 Azərbaycan və Seneqal arasında siyasi məsləhətləşmələrə dair memorandum imzalanıb Bu gün, 09:48 Ceyhun Bayramov: Azərbaycan Orta Dəhlizin davamlı modernləşdirilməsi üçün etibarlı mərkəzdir Bu gün, 09:48 Ceyhun Bayramov Antonio Quterreşlə Azərbaycanın BMT-də fəal iştirakını müzakirə edib Bu gün, 09:48 Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib Bu gün, 09:48 Ceyhun Bayramov: Biz hazırda de-fakto sülhə nail olmuşuq Bu gün, 09:48 Qaradağ rayonunda vulkan püskürüb Bu gün, 09:48 İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edir Bu gün, 09:48 Azərbaycan Prezidenti: "Ölkəmizdə çox yaxşı investisiya mühiti var" Bu gün, 09:48 İlham Əliyev: Azərbaycan iqtisadiyyatı çox böyük potensiala malikdir Bu gün, 09:48 İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik Bu gün, 09:48 Prezident: "Xəzər dənizində "yaşıl enerji" ilə bağlı 160 giqavatlıq potensialımız var" Bu gün, 09:48 İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq" Bu gün, 09:48 İlham Əliyev: "Azərbaycanda qazlaşdırma səviyyəsi 96 %-dir" Bu gün, 09:48 Prezident: Daxili siyasətin əsas prioritetlərindən biri ərzaq təhlükəsizliyinin təmin edilməsidir Bu gün, 09:48 ABŞ-nin müdafiə nəhəngləri Bakıya gəlirlər Bu gün, 00:48 "Təzə evlənmişdi, ailəmiz məhv oldu" - Tələbə dostunun toyuna gedən İlkinin müəmmalı sonu Bu gün, 00:48 ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib Dünən, 23:48 Evdə hazırlanan qidaların satışı ilə bağlı yenilik bahalaşmaya səbəb olacaq? Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR