
ABŞ və İsrailin İrana qarşı fevralın 28-də başladığı hərbi əməliyyatlar zamanı ölkə üzrə 7 250 nəfər dağıntılar altından sağ çıxarılıb.
BAKU.WS xəbər verir ki, bunu İran Qızıl Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd açıqlayıb.
Onun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları xilasedicilər, könüllülər və yerli əhalinin iştirakı ilə həyata keçirilib.
"Xilasedicilərin, könüllülərin və xalqın geniş iştirakı ilə 7 250 nəfər dağıntılar altından xilas edilib", - Kulivənd bildirib.
O qeyd edib ki, son müharibə zamanı İran Qızıl Aypara Cəmiyyətinin 9 əməkdaşı xilasetmə missiyasını yerinə yetirərkən həyatını itirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başladığı bildirilmişdi. Qarşıdurma zamanı İranın müxtəlif şəhərlərinə hava zərbələri endirilib. Tərəflər arasında sonrakı dövrdə atəşkəs və danışıqlarla bağlı müxtəlif təmaslar keçirilsə də, gərginlik tam aradan qalxmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.