
Hindistanın şimalındakı Uttar-Pradeş ştatında aramsız və güclü yağışlar nəticəsində azı 56 nəfər ölüb, 46 nəfər xəsarət alıb.
BAKU.WS xəbər verir ki, sentyabrın 25-dən 27-dək davam edən əlverişsiz hava şəraiti ştatın bir sıra rayonlarında ciddi fəsadlara səbəb olub. Rəsmi məlumatlara görə, 1 021 evə ziyan dəyib, 107 heyvan tələf olub.
Ən çox ölüm Sitapur rayonunda qeydə alınıb. Burada 7 nəfər həyatını itirib. Laximpur-Xeri, Bahraich və Balrampur rayonlarının hər birində 5, Ayodhya və Goraxpurda isə 4 nəfər ölüb.
Güclü yağışlar yolların və yaşayış məntəqələrinin su altında qalmasına, ağacların və elektrik dirəklərinin aşmasına səbəb olub. Bir sıra ərazilərdə xilasetmə və təxliyə işləri aparılır.
Məlumata görə, ştatda 48 saat ərzində orta hesabla 66,5 millimetr yağıntı düşüb. Bu göstərici normadan 775 faiz çoxdur.
Əlverişsiz hava şəraiti əkin sahələrinə də ciddi ziyan vurub. Rəsmilər kənd təsərrüfatına dəyən zərərin qiymətləndirilməsinin davam etdiyini bildiriblər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.