
İranın Ali rəhbəri Müctəba Xamenei ölkə əhalisinin Hörmüz boğazının qorunması məsələsində mövqeyini müdafiə etməkdə qətiyyətli olduğunu bildirib.
AVESTA.AZ xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında yazıb.
İranın Ali rəhbərinin sözlərinə görə, İran cəmiyyətinin müxtəlif təbəqələrindən olan insanlar öz mövqelərini müdafiə etmək və Hörmüz boğazını qorumaq niyyətindədirlər.
Qeyd edək ki, ABŞ-ın İranla bağlı siyasətində mümkün yumşalma məsələsi də gündəmdədir. Daha əvvəl yayılan məlumatlara görə, Vaşinqton Tehranın nüvə proqramı ilə bağlı konkret irəliləyiş əldə olunacağı təqdirdə bəzi sanksiyaları yumşaltmağa və dondurulmuş İran vəsaitlərinin blokdan çıxarılmasına hazırdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.