
Rusiya Prezidenti Vladimir Putin ordunun şəxsi heyət sayının artırılmasına dair fərman imzalayıb. Yeni qərarla Rusiya Silahlı Qüvvələrinin ümumi şəxsi heyəti 2 milyon 441 min 630 nəfər müəyyənləşdirilib.
AVESTA.AZ xəbər verir ki, fərmana əsasən, orduda hərbçilərin sayı 1 milyon 550 min 500 nəfərə çatdırılıb. Bu, əvvəlki göstərici ilə müqayisədə 15 min 500 nəfər çoxdur.
Putinin 2026-cı ilin iyulunda imzaladığı əvvəlki fərmanla ordunun ümumi şəxsi heyəti 2 milyon 426 min 130 nəfər, hərbçilərin sayı isə 1 milyon 535 min nəfər müəyyən edilmişdi.
Yeni qərar imzalandığı gündən qüvvəyə minib. Rusiya ordusunda Ukraynada döyüşmək üçün müqaviləli və könüllü əsaslarla xidmət edən hərbçilərin də olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.