
Şabranda bir nəfər kanalda batıb.
Avesta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Xəbərə görə, aprerin 20-də nazirliyin “112” qaynar telefon xəttinə Vəlvələçay-Taxtakörpü kanalının Şabran rayonu, Vələsli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Şimal Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.