
ABŞ-li aparıcı Ancelinn Mok anasını qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.
AVESTA.AZ xəbər verir ki, bu barədə "12news" məlumat yayıb.
Vurğulanıb ki, keçmiş televiziya aparıcısı Mok 80 yaşlı anası Anita Aversin qətlində ittiham edilib.
Nəşrin məlumatına görə, ABŞ-nin Kanzas ştatının Sedvik Rayon Məhkəməsinin hakimi Moku ömürlük həbs cəzasına məhkum edib.
"People" nəşrinin yaydığı məlumata əsasən, polis Aversin 2025-ci ilin payızında Halloween şənliyindən sonra evində bıçaqlanaraq öldürüldüyünü açıqlayıb.
Qızı isə qısa müddət sonra həbs edilib.
Hadisə zamanı, Mok anasının mətbəx bıçağını götürüb ona hücum edib. Anası özünü müdafiə etməyə çalışsa da, Mok onu öldürüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.