
Rusiyada laboratoriya işçisinin şübhəli ölümü "ağciyər vəbası" narahatlığına səbəb olub.
BAKU.WS xəbər verir ki, yaşanan hadisə fonunda ABŞ-nin Rusiyadakı səfirliyi öz vətəndaşlarına xəbərdarlıq edib.
Həyəcana səbəb İrkutsk şəhərindəki Sibir və Uzaq Şərq Vəba ilə Mübarizə Tədqiqat İnstitutunda çalışan 28 yaşlı qadın laboratoriya əməkdaşının ölümüolub.
Rusiya səhiyyə qurumları ölüm səbəbini "mənbəyi müəyyən edilməyən sətəlcəm" kimi açıqlasa da, mediada vəfat edən şəxsin ağciyər vəbasına yoluxmuş ola biləcəyi iddiaları geniş əks-səda doğurub.
Qadının müalicə aldığı xəstəxana dərhal karantinə alınıb, onunla təmasda olan şəxslər isə ciddi həkim nəzarətinə götürülüb.
Rusiya tərəfi hazırda bölgədə təsdiqlənmiş hər hansı bir vəba yoluxmasının qeydə alınmadığını bəyan edib.
ABŞ-nin Rusiyadakı diplomatik nümayəndəliyi İrkutskdakı xəbərləri yaxından izlədiyini bildirərək təlimatlar yayımlayıb.
Rusiyaya səyahət etməmək barədə mövcud qadağa xatırladılıb və hazırda ölkədə olan ABŞ vətəndaşlarına dərhal ölkəni tərk etmək tövsiyə olunub.
Bölgədəki vətəndaşlardan yerli səhiyyə orqanlarının təlimatlarına əməl etmələri, riskli tibb müəssisələrindən uzaq durmaları istənilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.