
Rusiya prezidentinin mətbuat xidməti Vladimir Putin və Almaniyanın keçmiş kansleri Gerhard Şröderin oktyabrın 7-də keçirilən ad günü tədbirindən fotolarını yayımlayıb.
AVESTA.AZ xəbər verir ki, görüntülər "Max" platformasında paylaşılıb.
Fotolarda Putinlə Şröderin qeyri-rəsmi şəraitdə görüşərək əl sıxışdıqları görünür. Hər iki siyasətçi qalstuk taxmadan pencəkdə olub. Arxa planda soba və rus samovarı da diqqət çəkib.
Qeyd edək ki, Vladimir Putin oktyabrın 7-də doğum gününü qeyd edib. Kreml daha əvvəl prezidentin həmin gün də iş fəaliyyətini davam etdirəcəyini bildirmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.