
Perunun Keropalka şəhərində Hitler Mussolini Simeon Flores bələdiyyə sədri seçilib. O, seçkilərdə sol yönümlü "Ahora Nación" partiyasının namizədi olub.
BAKU.WS xəbər verir ki, Flores səslərin 34,54 faizini toplayaraq qalib gəlib.
Siyasətçinin adı Almaniyada nasist rejiminin lideri Adolf Hitler və İtaliyanın faşist diktatoru Benito Mussolininin adları ilə üst-üstə düşdüyündən diqqət çəkib.
Flores isə bu adın ona doğulanda valideynləri tərəfindən verildiyini bildirib.
Xatırladaq ki, 2025-ci ilin noyabrında Namibiyada Adolf Hitler Uunona adlı siyasətçi də regional seçkilərdə qalib gələrək məsləhətçi vəzifəsinə beşinci dəfə seçilmişdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.