
ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana hücum etməyəcəklərini açıqlayıb. Bununla yanaşı, İrana qarşı blokadanın qüvvədə qalacağını bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O, İranla aparılan danışıqları konstruktiv qiymətləndirib və Tehranın nüvə silahına sahib olmayacağını vurğulayıb. Tramp həmçinin İranın iqtisadi və hərbi baxımdan ağır vəziyyətdə olduğunu iddia edib.
ABŞ prezidentinin sözlərinə görə, İrana qarşı blokada tam qüvvədə qalacaq.
Məlumata görə, Hörmüz boğazından keçən neft axını da əhəmiyyətli dərəcədə azalıb. Çərşənbə axşamı boğazdan təxminən 4 milyon barel neft keçib. Bu, sentyabrın sonlarında qeydə alınan gündəlik 15 milyon barellik orta göstəricidən xeyli aşağıdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.