
NATO oktyabrın 13-dən etibarən İtaliyada nüvə çəkindirməsi üzrə "Steadfast Noon" adlı illik hərbi təlimlərə başlayacaq. Təlimlər zamanı nüvə silahından istifadə edilməyəcək və tədbirdə alyansa üzv 17 ölkənin iştirakı gözlənilir.
BAKU.WS xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Alyansın açıqlamasında bildirilib ki, "Steadfast Noon" əvvəlcədən planlaşdırılmış və müntəzəm olaraq keçirilən təlimlərdir. Onların əsas məqsədi NATO qüvvələrinin döyüş hazırlığını qorumaq, eləcə də alyansın müdafiə və çəkindirmə imkanlarını təmin edən prosedurları yoxlamaqdır.
NATO-nun mətbuat xidməti vurğulayıb ki, təlimlər dünyada baş verən hazırkı hadisələrlə əlaqəli deyil və hər hansı konkret ölkəyə qarşı yönəlməyib.
Qeyd edək ki, bundan əvvəl NATO-nun nüvə siyasəti üzrə direktoru Nassima Barrouz İtaliyada keçiriləcək təlimlər ərəfəsində alyansla Rusiya arasında gərginliyin azaldılmasına çağırıb. O, NATO-nun bu cür təlimləri hər il keçirdiyini xatırladaraq, narahatlığa əsas olmadığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.