
ABŞ ordusu Oman körfəzində İrana qarşı dəniz blokadasını pozmağa cəhd etdiyi iddia edilən ticarət gəmisinə zərbə endirib.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"ABŞ qırıcı təyyarəsi Panama bayrağı altında üzən "M/V Ocean Molica" ("Arika Sun" kimi də tanınır) yük gəmisinin arxa hissəsini dəqiq idarə olunan sursatla vuraraq onun hərəkət sistemini sıradan çıxarıb. Zərbə nəticəsində heyət üzvlərinə zərər dəyməyib. İran limanından yola düşən böyük yük gəmisi regional sulardan keçməyə çalışırdı", - deyə CENTCOM-un açıqlamasında bildirib.
Komandanlığın məlumatına görə, iyulun ortalarında İrana qarşı blokadanın yenidən tətbiqindən sonra ABŞ qüvvələri 4 ticarət gəmisini sıradan çıxarıb və daha 135 gəminin istiqamətini dəyişib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.