
Pakistan təhlükəsizlik qüvvələri Əfqanıstanla sərhəddə silahlı şəxslərin ölkəyə daxil olmaq cəhdinin qarşısını alıb. Əməliyyat zamanı 12 silahlı zərərsizləşdirilib.
AVESTA.AZ xəbər verir ki, silahlılar Əfqanıstan ərazisindən Pakistan sərhədini keçməyə çalışıblar. Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində onların ölkəyə daxil olmasına imkan verilməyib.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.