
Roma Papası XIV Leo ağciyərində aşkarlanan kiçik patoloji düyünün götürülməsi üçün cərrahi müdaxiləyə hazırlaşır. Törəmənin erkən mərhələdə aşkarlandığı bildirilib.
BAKU.WS xəbər verir ki, pontifik bu barədə bazar günü oxuduğu xütbədən sonra açıqlama verib.
Papa bildirib ki, tibbi müayinələr zamanı ağciyərində kiçik düyün aşkarlanıb. Həkimlər törəmənin dəqiq yerini müəyyənləşdiriblər və onun cərrahi yolla götürülməsini tövsiyə ediblər.
XIV Leo həkimlərin məsləhətinə uyğun olaraq əməliyyat olunmağa qərar verdiyini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.