
ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz üzərində, Krım yarımadasından yüzlərlə kilometr məsafədə müşahidə olunub.
BAKU.WS xəbər verir ki, Bombardier ARTEMIS II təyyarəsi əvvəlcə Rumıniyadakı Mixail Koqelniçanu aviabazasından havaya qalxaraq şərq istiqamətində hərəkət edib.
Məlumata görə, təyyarə Moskva vaxtı ilə saat 10:50-də Qara dənizin üzərində, Krımdan yüzlərlə kilometr aralıda olub. Saat 11:00-dan sonra Türkiyənin Trabzon şəhəri səviyyəsində dənizin şərq hissəsində dövrələr vurmağa başlayıb.
Saat 13:00-a yaxın isə təyyarə Qara dənizin şərq hissəsindən Gürcüstan istiqamətində hərəkət edib.
Qeyd edək ki, Bombardier ARTEMIS II biznes-jet əsasında hazırlanmış və hərbi kəşfiyyat məqsədilə istifadə olunan təyyarədir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.