
Payız aylarında dünyanın müxtəlif şəhərləri turistlərin diqqətini cəlb edir. Asiya və Avropanın bir sıra şəhərləri beynəlxalq ziyarətçilərin sayına görə ön sıralarda yer alır.
BAKU.WS xəbər verir ki, 2025-ci il üzrə beynəlxalq turist gəlişlərinə dair statistikaya əsasən, Banqkok dünyanın ən çox ziyarət edilən şəhərləri arasında ilk sırada qərarlaşıb. Şəhər il ərzində 30,3 milyon beynəlxalq turist qəbul edib.
Xarici turistlərin ən çox üz tutduğu şəhərlərin ilk onluğu belədir:
Banqkok, Tailand - 30,3 milyon turist
Honq Konq - 23,2 milyon
London, Böyük Britaniya - 22,7 milyon
Makao - 20,4 milyon
İstanbul, Türkiyə - 19,7 milyon
Dubay, Birləşmiş Ərəb Əmirlikləri - 19,5 milyon
Məkkə, Səudiyyə Ərəbistanı - 18,7 milyon
Antalya, Türkiyə - 18,6 milyon
Paris, Fransa - 18,3 milyon
Kuala Lumpur, Malayziya - 17,3 milyon.
Payız mövsümündə Avropa şəhərləri də səyahət həvəskarlarının maraq dairəsindədir. Vyana, Budapeşt və Afina tarixi abidələri, mədəni tədbirləri və mülayim hava şəraiti ilə seçilir. Bu şəhərlər turistlərə izdihamlı yay mövsümündən sonra daha rahat səyahət etmək imkanı yaradır.
Qeyd edək ki, sadalanan rəqəmlər 2025-ci il üzrə ümumi beynəlxalq turist gəlişlərini əhatə edir və yalnız payız aylarına aid deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.