
Avstraliyanın Cənubi Avstraliya ştatında baş verən güclü fırtınalar nəticəsində 7 mindən çox abonentin elektrik enerjisi təchizatı kəsilib. Şiddətli külək və dolu bir sıra ərazilərdə fəsadlara səbəb olub.
AVESTA.AZ xəbər verir ki, bazar günü ştatın geniş ərazilərində müşahidə olunan fırtına gecə saatlarında paytaxt Adelaidaya da çatıb. Güclü külək ağacların aşmasına, dolu isə müxtəlif ərazilərdə dağıntılara səbəb olub.
Ştatın Fövqəladə Hallar Xidmətinin məlumatına görə, bazar günü günortadan etibarən, əsasən aşmış ağaclarla bağlı 100-dən çox yardım çağırışı daxil olub.
SA Power Networks şirkəti isə bazar ertəsi günortadan sonra 1 872 abonentə təsir edən 15 ayrı elektrik kəsintisinin qeydə alındığını bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.