
Bu gün səhər saatlarında İstanbulun M5 Üsküdar-Sultanbeyli metro xəttinin "Ihlamurkuyu" stansiyasında qatarın elektrik xətlərində baş verən texniki nasazlıq sərnişinlər arasında təşviş yaradıb.
BAKU.WS xəbər verir ki, elektrik sistemində yaranan qısaqapanma səbəbindən stansiyanı qatı tüstü bürüyüb və partlayış səsləri gəlib. Metro xəttində qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Hadisə şahidlərinin və rəsmi qurumların məlumatına görə, səhər saatlarında stansiya daxilində güclü partlayış səs eşidilib və ərazi qısa müddətdə tüstü ilə dolub.
Təhlükəsizlik tədbirləri çərçivəsində platformada və vaqonlarda gözləyən sərnişinlər əməkdaşlar tərəfindən təxliyə edilib.
Hadisə yerinə dərhal yanğınsöndürmə və xilasetmə qrupları cəlb olunub.
Hadisə ilə bağlı "Metro İstanbul" şirkəti məsələ ilə bağlı açıqlama yayaraq sosial mediada və bəzi KİV-lərdə yayılan "partlayış" iddialarına aydınlıq gətirib:
"M5 Üsküdar-Sultanbeyli metro xəttinin "Ihlamurkuyu" stansiyasında qatarın enerji sistemində qısaqapanma baş verib. İctimaiyyətə "partlayış" kimi bəlli olan səs məhz bu zaman yaranmışdır. Hadisə nəticəsində qatarın ön şüşəsində zədə qeydə alınsa da, hər hansı yanğın baş verməyib."
Açıqlamada həmçinin tüstünün yayılmasının qarşısını almaq üçün dərhal yanğın pərdələrinin endirildiyi və ərazinin izolyasiya edildiyi bildirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.