
Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirak etmək üçün Bakıya gəlib.
AVESTA.AZ xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
*** 13:15
Rusiyanın xarici işlər naziri Sergey Lavrov oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII sammitində iştirak edəcək.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sammitdə AQEM-in gələcək inkişafı və təşkilatın Avrasiya məkanında çoxtərəfli əməkdaşlıq sisteminə inteqrasiyası məsələləri müzakirə olunacaq.
Tədbir çərçivəsində praktiki əməkdaşlığın müxtəlif istiqamətləri, o cümlədən Rusiyanın kuratorluq etdiyi kiçik və orta sahibkarlığa dəstək, eləcə də beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinin nəzərdən keçirilməsi nəzərdə tutulur.
Sammit iştirakçıları, həmçinin aktual beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.