
Amerikalı milyarder və "SpaceX"in qurucusu İlon Mask Ukrayna prezidenti Vladimir Zelenskinin istefa verməli olduğunu bildirib.
AVESTA.AZ xəbər verir ki, bu barədə Mask sosial media hesabında yazıb.
O, Ukrayna liderinin əsas qorxularının müharibəyə son qoymaq və qarşıdan gələn seçkilər olduğunu bildirən bir paylaşıma cavab verib.
Qeyd edilib ki, Zelenski prezidentlikdən gedərsə, çox güman ki, cinayət ittihamları ilə üzləşəcək.
İş adamı cavab olaraq yazıb ki, "Zelenskinin istefa verməyinin vaxtıdır".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.