
Hörmüz boğazında İranın elan etdiyi qaydaları pozan və Tehranın icazə vermədiyi marşrutla hərəkət edən neft tankerində yanğın baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
SEPAH bəyan edib ki, neft tankeri izləmə sistemlərini söndürərək Hörmüz boğazının şərq hüdudlarındakı qadağan olunmuş ərazidən keçməyə cəhd edirdi.
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.