
Yəmənin cənubundakı Ədən şəhərində Əl-Maşiq prezident sarayının ətrafında beş partlayış baş verib.
AVESTA.AZ "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.
Məlumata görə, saray raket atəşinə məruz qalıb.
Yəmənin Baş naziri Şaya əz-Zindani və Nazirlər Kabineti üzvlərinin təhlükəsizliyi təmin olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.