
ABŞ Prezidenti Donald Tramp Krımı Ukraynanın keçmiş ərazisinin ən dəyərli hissəsi və dünyanın ən gözəl torpaq sahələrindən biri kimi xarakterizə edib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə Newsmax telekanalına müsahibəsində danışıb.
ABŞ prezidenti bildirib ki, Krım dörd tərəfdən su ilə əhatə olunan, xüsusi təbii gözəlliyə malik ərazidir. O, daşınmaz əmlak sahəsində təcrübəsinə istinad edərək Krımın dəyərini vurğulayıb və Ukraynanın bu ərazidən imtina etdiyini deyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.